Hindistanda “Breaking Bad” serialından ilhamlanan iki müəllim öz narkotik laboratoriyasını açıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.
25 yaşlı kimyaçı və 35 yaşlı fizik Uolter Uaytdan nümunə götürərək mənzil kirayələyib narkotik bişirməyə başlayıblar.
Əvvəlcə kiçik partiyalar hazırlayıblar, lakin tələbat artıb, sonda 220 min dollarlıq mal satıblar.
Həbs olunduqdan sonra onlardan biri deyib: “Açıqlanmamaq üçün diqqətli olmaq istədik. Breaking Bad-ə baxdıq və qərara gəldik ki, bunu daha ağıllı edə bilərik”.
Xuraman Etibarlı
İnterpress.az