“Brent” neftinin qiyməti 82 dollardan aşağı düşübbackend

“Brent” neftinin qiyməti 82 dollardan aşağı düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Brent” markalı neftin fyuçers müqaviləsinin qiyməti noyabrın 11-dən indiyədək ilk dəfə bir barel üçün 82 dollardan aşağı düşüb.

Bu barədə Londonun ICE birjasının məlumatlarına istinadən xəbər verilir.

Belə ki, neftin maya dəyəri 2,86% azalaraq 1 barelə görə 81,25 dollar təşkil edib.

“WTI” neftinin yanvar fyuçerslərinin qiyməti 3,00 % düşüb və 1 bareli 73,9 ABŞ dolları təşkil edib.