Britaniyalı bir qadın lotereyada 12 milyon funt sterlinq udduğunu sübut etməyə çalışır, lakin biletini atıb.
İnterpress.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Böyük Britaniyanın Uels regionunun sakini Ket Meyn milli lotereyada (“National Lottery”) 12 milyon funt-sterlinq (təxminən 27 240 000 manat) məbləğində cekpot qazandığına əmindir, lakin qalib biletin səhvən zibil qutusuna atıldığını bildirir.
Qadının sözlərinə görə, bilet onun üçün anası tərəfindən alınıb. Tiraj baş tutduqdan sonra anası bileti mağazadakı yoxlama aparatında yoxlayıb, lakin qurğu heç bir uduşun olmadığını göstərib və bilet zibilliyə atılıb.
Bir müddət sonra lotereya şirkəti 6 iyun 2026-cı il tarixli tirajda cekpotu hələ də heç kimin götürmədiyini elan edib. Rəqəmləri yoxlayan Meyn bunun artıq 20 ildir ki, ardıcıl seçdiyi eyni rəqəm kombinasiyası olduğunu başa düşüb.
İndi o, alış-veriş qəbzi və anasının mağazaya daxil olduğunu əks etdirən təhlükəsizlik kamerası görüntüləri ilə uduşun ona məxsus olduğunu sübut etməyə çalışır.
Lotereya təşkilatçısı faktı araşdırdığını bəyan etsə də, orijinal bilet olmadan cekpotun ödəniləcəyi hələ ki, sual altındadır.
Xuraman Etibarlı
İnterpress.az






