Böyük Britaniya hökumətində kadr dəyişikliyi edilib.
İnterpress.az xəbər verir ki, bu barədə krallığın Baş naziri Rişi Sunak bildirib.
Onun sözlərinə görə, daxili işlər naziri Suella Braverman tutduğu vəzifədən azad edilib, onun yerinə xarici işlər naziri Ceyms Kleverli təyin olunub.
Yerli KİV bildirib ki, keçmiş baş nazir Devid Kemeronun Xarici İşlər Nazirliyinin yeni başçısı olacağı gözlənilir.