“Bu, bir bəladır, millətin başında fırlanır…“ – Aşıq Zülfiyyəbackend

“Bu, bir bəladır, millətin başında fırlanır…“ – Aşıq Zülfiyyə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda demək olar ki, hər gün müxtəlif yaş kateqoriyalarında olan insanların intihar etməsi xəbəri yayılır. Canına qıyanların əksəriyyəti özünü asır.

İntihar hallarının cavanlaşması artıq həyacan siqnalı çalmağa əsas verir. Yeniyetmələri həyatla vidalaşmağa nə vadar edir? Üzləşdikləri problemlərdən çıxış yolu niyə tapılmır? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan aşıq Zülfiyyə İbadova artan intihar hadisələrində valideynlərin də günahının olduğunu bildirib.

Sənətçi yeniyetmə və gənclərə həddindən artıq qadağalar qoyulmasının əks effekt verdiyini vurğulayıb:

“Son baş verən intiharın detallarından dəqiq xəbərim yoxdur, amma son vaxtlar gənclərin intiharı kütləvi hal alıb. Mənim fikrimcə, uşaqları çox sıxmaq mənfi nəticə verir. Kiçik yaşlarından uşaqlara davamlı olaraq “olmaz, dəymə” deyilir. Bu “Olmaz”lar uşağa daha maraqlı olur, ona daha çox can atır, valideynin evdən çıxmasını gözləyir ki, görsün qadağan edilən yerlərdə nə var. Məncə, uşağı çox sıxma-boğmaya salanda sonda o bezib intihar həddinə gələ bilir. Valideynlər bu məslədə bir qədər diqqətli olmalı, nəzarətin həddini düzgün müəyyən etməlidirlər. Allah heç bir valideynə o dağı göstərməsin. Bu bir valideyn üçün çox ağır dərddir. Son intihar hadisəsini eşidəndə həqiqətən gənc qız üçün üzüldüm. Bəlkə də sevdiyi kimsə olub. Allah hər kəsin balasını, ümumilikdə milləti qorusun. İntiharlar bir bəladır ki, millətin başında fırlanır, Allah axırını xeyir eləsin”.