2023-cü ilin üç rübündə Gürcüstana 5 566 980 beynəlxalq səyahətçi səfər edib ki, bu da pandemiyadan əvvəlki dövrün məlumatlarının 76,9% bərpasıdır və 2022-ci illə müqayisədə artım 43% təşkil edir.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Hesabat dövründə ən çox səyahətçi – 1 149 053 nəfər Rusiyadan səfər edib. Bu göstərici ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 47,3% çoxdur, pandemiyadan əvvəlki 2019-cu ilin eyni göstəricisindən isə 4,7% azdır.
O cümlədən, 2022-ci ilin yanvar-sentyabr aylarında Gürcüstana Rusiyadan 780 339, 2019-cu ilin eyni dövründə isə 1 205 974 səyahətçi səfər edib.