Bu universitetin şöbə müdiri COVID-dən öldü – FOTObackend

Bu universitetin şöbə müdiri COVID-dən öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin Tədris prosesinin təşkili şöbəsinin müdiri dosent Adil Xasayev vəfat edib.

Bu barədə Lent.az-a Universitetin mətbuat katibi Günel İsgəndərova məlumat verib.

O bildirib ki, Adil Xasayev COVID-dən dünyasını dəyişib.

 

Qeyd edək ki, 76 yaşında dünyasını dəyişən A. Xasayev 1968-1970-ci illər mərkəzi geoloji-kəşfiyyat Elmi Tədqiqat İnstitutunun Bakı laboratoriyasında kiçik elmi işçi, 1970-ci ildə BDU-nun Faydalı qazıntılar kafedrasının əyani aspirantı olub, sonralar dosenti kimi çalışıb. “Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası” fənnini tədris edib. 1992-2016-cı illərdə Geologiya fakültəsinin dekanı vəzifəsində çalışıb. 150-dən artıq elmi əsərin , o cümlədən 2 monoqrafiya, 5 dərslik və 10-dan artıq metodik göstəriş və proqramların müəllifi olub.