Burkina-Fasoda silahlıların hücumu nəticəsində azı 14 nəfər ölübbackend

Burkina-Fasoda silahlıların hücumu nəticəsində azı 14 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burkina-Fasonun şimalında silahlıların hücumları nəticəsində səkkiz polis və altı mülki şəxs daxil olmaqla azı 14 nəfər ölüb.

Bu barədə “Agence France-Presse” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hücumlar Kaya şəhəri yaxınlığındakı Safi kəndi ilə yanaşı, Udalan əyalətində də həyata keçirilib.

Silahlılar avtomobilləri və digər qiymətli əşyaları götürüblər.