Bursada su TÜKƏNDİ: Anbarların səviyyəsi 0 %-dir – FOTObackend

Bursada su TÜKƏNDİ: Anbarların səviyyəsi 0 %-dir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Bursa şəhərində su qıtlığı yaranıb.

İnterpress.az xəbər verir ki, bu barədə məlumat BUSKİ-nin rəsmi saytında yerləşdirilib.

Məlumata görə, şəhərin su anbarlarındakı doluluq səviyyəsi 0 faiz təşkil edir.

Bursanı içməli su ilə təmin edən əsas mənbələr – həcmi 60 milyon kubmetr olan Nilüfər və 125 milyon kubmetr olan Doğancı su anbarları tamamilə boşalıb.

28 sentyabrda bu anbarların orta doluluq göstəricisi 2,33 faiz idisə, dünənə olan məlumata əsasən, bu rəqəm 0 faizə enib.

Hazırda şəhərin Yıldırım, Nilüfər, Osmanqazi, Gürsu, Kəstəl və Muda­nyanın bir hissəsinin su tələbatı Çınarcık su anbarı, artezian quyuları və bulaqlardan təmin olunur.

Qeyd edək ki, İstanbulu su ilə təmin edən su anbarlarının tutumu 24,75%-ə düşüb.

Xuraman Etibarlı

İnterpress.az