Çaça bir ailəni ÖLDÜRDÜ – Bir neçə nəfər İFLİC OLDU – FOTObackend

Çaça bir ailəni ÖLDÜRDÜ – Bir neçə nəfər İFLİC OLDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çaça bütün bir ailəni öldürüb və bir neçə nəfəri iflic edib. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.Bildirilir ki, Krasnodar diyarında 8 nəfər bazardan alınan çaçadan zəhərlənib. Faktla bağlı cinayət işi açılıb.

İlkin olaraq çaçadan zəhərlənən üç nəfərin qohum olduğu bildirilir. Yerli sakin onların anası, nənəsi və qardaşı olduğunu bildirib. Bundan başqa, hazırda bir qadın xəstəxanadadır.

Daha sonra spirtli içkidən zəhərlənənlərin sayı 8-ə çatıb. Onların arasında evə qayıtdıqdan sonra xəstəxanaya yerləşdirilən iki Çelyabinsk sakini də var. Qadınları xilas etmək mümkün olmayıb.

Komsomolsk-na-Amurdan olan Darya və Maksim 4 və 13 yaşlı iki qızı ilə dənizə gəliblər. Evdən çıxmazdan əvvəl cütlük yerli bazardan çaça dadmaq qərarına gəliblər.

Geri qayıdarkən onların hər ikisinin halı pisləşib. Darya dərhal ölüb və Maksim Voronejdəki xəstəxanada əziyyət çəkməli olub – böyrəkləri sıradan çıxıb, kor olub və komaya düşüb, bundan sonra ölüb.

Onlar çaçadan çox az miqdarda içmişdilər.

Cütlüyün qızları yetim qalıb.

İki satıcı saxlanılıb, cinayət işi açılıb. Yerli çatlar daha çox qurbanların ola biləcəyi barədə həyəcan təbili çalır.

Xuraman Etibarlı

İnterpress.az