Cavad Zərif: “Azərbaycan İran üçün çox mühüm qonşudur”backend

Cavad Zərif: “Azərbaycan İran üçün çox mühüm qonşudur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan İran İslam Respublikası üçün çox mühüm bir qonşudur”.

İnterpress.az-ın məlumatına görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Seyid Abbas Musəvinin Azərbaycana səfir təyin olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Avropa ilə bağlı seçim imkanları olduğu halda A. Musəvi Azərbaycana üstünlük verib: “Abbas Musəvinin səfir təyinatından sonra Bakı ilə əlaqələrin daha da güclənəcəyinə inanıram. Əminəm ki, Abbas Musəvinin təcrübəsi, bu missiya üçün xüsusi hazırlığı onun Bakıda daha uğurlu fəaliyyət göstərməsinə səbəb olacaq”.

İran XİN başçısı qeyd edib ki, bu gün ölkəsinin Azərbaycanla çox yaxşı münasibətləri var. “Ümid edirəm ki, inşallah bu münasibətlər Abbas Musəvinin səyləri ilə daha da möhkəmlənəcək”.

Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi səfir postunda Cavad Cahangirzadəni əvəzləyəcək.

 

İnterpress.az