Çavuşoğlu NATO XİN başçılarının toplantısına qatılmaq üçün Rumıniyada səfərdədirbackend

Çavuşoğlu NATO XİN başçılarının toplantısına qatılmaq üçün Rumıniyada səfərdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rumıniyanın paytaxtı Buxarestdə səfərdədir.

Bu barədə XİN başçısı tviterdə bildirib.

Diplomatın Balkan ölkəsinə səfəri bu ölkədə keçiriləcək NATO XİN başçıları toplantısında iştirak etməsi ilə əlaqədardır.

Qeyd edək ki, 30 NATO üzvünün xarici işlər nazirlərinin ikigünlük görüşü noyabrın 29-30-da Rumıniyada keçirilməsi təsadüfi deyil. Təşkilatın rəhbərliyi bununla da NATO-nun şərq cinahına və Rusiyanın Ukraynaya hücumundan sonra Alyansın xüsusi diqqətini çəkən Qara dəniz regionuna dəstək nümayiş etdirir.