Çeçenistandan qaçaraq Ermənistana sığınan çeçen qadın QƏTLƏ YETİRİLDİbackend

Çeçenistandan qaçaraq Ermənistana sığınan çeçen qadın QƏTLƏ YETİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistanda məişət zorakılığından qaçaraq İrəvana sığınan qadının meyiti tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Ermənistanda itkin düşmüş Çeçenistan vətəndaşı, 28 yaşlı Ayşat Baymuradova ölü halda aşkarlanıb.

Yerli KİV-lərin məlumatına görə, qadının meyiti İrəvanda yerləşən mənzillərdən birində tapılıb. Onun bir neçə həftə əvvəl itkin düşdüyü barədə yaxınları hüquq-mühafizə orqanlarına müraciət etmişdilər.

Hadisə yerinə gələn polis və ekspert-kriminalistlər ilkin araşdırma aparıblar. Qadının bədənində zorakılıq əlamətləri aşkar edildiyi bildirilir, lakin ölümün dəqiq səbəbi tibbi ekspertizadan sonra müəyyənləşəcək.

Ermənistan İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb. Versiyalardan biri kimi qətl ehtimalı istisna edilmir.

Mərhumun yaxınları bildiriblər ki, Ayşat Baymuradova bir müddətdir Ermənistanda yaşayır, lakin son günlər onunla əlaqə kəsilmişdi.

Hazırda istintaq orqanları hadisənin motivlərini, eləcə də qadının son günlər kimlərlə əlaqə saxladığını araşdırır.

Xuraman Etibarlı

İnterpress.az