Çeçenistanın keçmiş baş naziri Mişustinin köməkçisi təyin olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün teleqram kanalında məlumat verib.
Çeçenistan hökumətinin keçmiş sədri Müslim Xuçiyev Rusiyanın baş naziri Mişustinin köməkçisi təyin edilib.
Kadırov qərara görə baş nazirə minnətdarlığını bildirib və qeyd edib ki, “çeçen xalqının layiqli övladları ölkənin müxtəlif idarəçilik sahələrində sədaqətlə xidmət edir və öz peşəkar fəaliyyəti ilə böyük Vətənimizə xeyir gətirirlər”.
Xuraman Etibarlı
İnterpress.az