Cek Dorsi Tviterin direktorlar şurasından istefa veribbackend

Cek Dorsi Tviterin direktorlar şurasından istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tviter sosial şəbəkəsinin təsisçisi Cek Dorsi şirkətin direktorlar şurasını tərk edib.

Bu barədə “Axios” portalı məlumat yayıb.

Onun sözlərinə görə, qərar mayın 25-dən qüvvəyə minir.

2021-ci ilin payızında sosial şəbəkənin yaradıcısı Tviterin baş direktoru vəzifəsini tərk edərək, şirkətin səhmdarlarının növbəti iclasına qədər direktorlar şurasındakı üzvlüyünü saxlayacağını bildirib.

Dorsinin gələcək planları açıqlanmır.