Cəlilabad xəstəxanasında müalicə olunan şəhid atası və qazi ziyarət edilib – FOTOLARbackend

Cəlilabad xəstəxanasında müalicə olunan şəhid atası və qazi ziyarət edilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, DTX-nin Cəlilabad rayon şöbəsinin rəisi Mehman Qasımov və Cəlilabad Rayon Polis Şöbəsinin rəisi Polad Qarayev Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində müalicə alan Birinci Qarabağ müharibəsi şəhidi Fətiyev Elxan Şükür oğlunun atası Şükür Fətiyevi və 44 günlük Vətən müharibəsi qazisi Nicat Sadıqovu ziyarət edib, onların səhhəti ilə maraqlanıblar.

İnterpress.az xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Elnur Azadxanov RİH başçısına xəstələrin vəziyyəti barədə məlumat verib.

Rafiq Cəlilov Şükür Fətiyevə və Nicat Sadıqova şəfa diləyib.

Rafiq Cəlilov Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində olarkən mövcud vəziyyətlə maraqlanıb, xəstəxananın yeməkxanasında yaradılan şəraitlə tanış olub.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Elnur Azadxanov səhiyyə işçilərinin vətəndaşlara yüksək tibbi xidmət göstərmələri və xəstəxanadakı müasir tibbi avadanlıqlar barədə RİH başçısına məlumat verib.