Cənubi Afrika Parlamenti İsrail səfirliyini bağlamaq qərarına gəlibbackend

Cənubi Afrika Parlamenti İsrail səfirliyini bağlamaq qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrika Parlamenti səs çoxluğu ilə İsraillə diplomatik əlaqələrin dayandırılması və bu ölkənin Pretoriya səfirliyinin bağlanması təklifini qəbul edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Cənubi Afrika Assambleyasında keçirilən səsvermədə 248 cənubi afrikalı deputat təklifin əleyhinə, 91-i isə səs verib.

Təklifdə İsraillə diplomatik münasibətlərin dayandırılması və İsrailin Pretoriyadakı səfirliyinin bağlanması təklif edilib.

Cənubi Afrikada müxalif İqtisadi Azadlıq Mübarizəçiləri (EFF) tərəfindən parlamentə gətirilən təklif hakim Afrika Milli Konqresi (ANC) tərəfindən də dəstəklənib.

Səsvermədən əvvəl İsrail rəhbərliyi Cənubi Afrika rəsmilərinin Qəzzaya hücumlarla bağlı verdiyi açıqlamalara qarşı Pratoriya səfiri Eliav Belotserkovskini məsləhətləşmələr üçün geri çağırdığını açıqlayıb.

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa bu gün BRİKS liderləri ilə görüşündə İsrailin Qəzzaya hücumlarında beynəlxalq hüququ açıq şəkildə pozduğunu və müharibə cinayəti törətdiyini bəyan edərək, beynəlxalq ictimaiyyəti münaqişələrin ədalətli və sülh yolu ilə həlli istiqamətində təcili və konkret addımlar atmağa çağırıb.