Cənubi Afrikada dini ayinləri icra edən 14 nəfər çayda daşqın nəticəsində ölüb.
Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.
Yohannesburq şəhərində Jukskei çayında ibadət edən kilsənin 14 üzvü güclü yağışdan sonra çayın daşması nəticəsində həyatını itirib.
Daşqın nəticəsində çayda dini ayinlər yerinə yetirən 30 kilsə üzvündən 14-ü ölüb.
Daşqın nəticəsində itən 16 nəfərin tapılması istiqamətində işlərin davam etdiyi bildirilib.