Cənubi Afrikada təbii fəlakət elan olunubbackend

Cənubi Afrikada təbii fəlakət elan olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrika Respublikasının (CAR) Kvazul-Natal əyalətində baş verən daşqınlar səbəbindən ölkədə təbii fəlakət elan edilib.

İnterpress.az xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa deyib.

Kvazul-Natal əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 443-ə çatıb. Daha 63 nəfər itkin düşmüş hesab edilir. Ən çox ölüm halı (350-dən çox) inzibati mərkəzi Durban şəhəri olan İtekvini bələdiyyə rayonunda təsdiqlənib.

30 mindən çox sakin daşqınlardan zərər çəkib. Daşqınlardan əziyyət çəkən Kvazulu-Natal əyalətinə 10 min hərbçi göndəriləcək. Əyalətdə 4 mindən artıq inzibati bina və ev tamamilə dağılıb. Bir çox avtomobil yolları və dəmir yolları su altında qalıb, onlarla körpü uçub.

Əksər ərazilərdə hələ də elektrik enerjisi, mobil rabitə və içməli su yoxdur. Yüzlərlə məktəbdə təhsil dayandırılıb, bir çox mağaza və bank filialları işləmir.