“Dodo Pizza”ya hücumda şübhəli bilinən 19 yaşlı haker HƏBS EDİLDİ – VİDEObackend

“Dodo Pizza”ya hücumda şübhəli bilinən 19 yaşlı haker HƏBS EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dodo Pizza” şəbəkəsinə kiberhücumda şübhəli bilinən 19 yaşlı Denis Fridman həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Barnaul şəhərində “Dodo Pizza” pizza şəbəkəsinin müştərilərinə aid məlumatları qanunsuz əldə etməkdə və yaymaqda şübhəli bilinən Denis Fridman saxlanılıb.

19 yaşlı gənc “DataSuckers” adlı haker qrupunun üzvü olmaqda şübhəli bilinir. Moskvanın Tver rayon məhkəməsi onun barəsində dekabrın 8-dək ev dustaqlığı qətimkan tədbiri seçib.

Şübhəli fişinq üsullarından və kompüter sistemlərinin müdafiəsini neytrallaşdıran vasitələrdən istifadə etməklə şirkətin məlumat bazasına qanunsuz daxil olub.

Hakerin virtual serverlər vasitəsilə müştərilərin sifarişləri, çatdırılma ünvanları və telefon nömrələri barədə məlumatları əldə etdiyi, sonra isə bu məlumatlardan messencer kanallarından birində paylaşımlar edərkən istifadə etdiyi bildirilir.

Məlumata görə, hakerlər qrupunun hücumları süni intellekt vasitələrindən istifadə sayəsində yüksək sürətlə və avtomatlaşdırılmış şəkildə həyata keçirilib.

Fridmanın saxlanılmasından sonra hüquq-mühafizə orqanları qrupun digər üzvlərinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirləri davam etdirir.

Xuraman Etibarlı

İnterpress.az