Erməni bloqer 1 il 6 ay müddətinə HƏBS EDİLDİbackend

Erməni bloqer 1 il 6 ay müddətinə HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tatyana Montyan Donetskdə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Donetskdə məhkəmə erməni bloqer və hüquqşünas Tatyana Montyanı ekstremizmə çağırışlarda təqsirli bilərək 1 il 6 ay müddətinə cəzaçəkmə müəssisəsinə məhkum edib.

54 yaşlı Montyanın vəkili Aleksey Kalugin qərardan şikayət veriləcəyini bildirib.

İşə 2022-ci ilin dekabrında canlı yayım zamanı səsləndirdiyi ifadə səbəb olub. İstintaq həmin sözləri müəyyən qrupa qarşı zorakılığa çağırış kimi qiymətləndirib.

Montyan ittihamı qəbul etməyib, müdafiə tərəfi isə ittihamın hüquqi tövsifinə etiraz edib.

Məhkəmə, həmçinin Montyana iki il müddətinə internet saytlarını idarə etməyi qadağan edib.

Hökm qanuni qüvvəyə minənədək onun barəsində ölkədən çıxmamaq haqqında iltizam qüvvədə saxlanılıb. Buna görə də Montyan hələlik azadlıqdadır.

Qeyd edək ki, Ukraynadan Rusiyaya 2021-ci ildə köçən Montyan 2025-ci ilin oktyabrında Rusiyanın terrorçular və ekstremistlər siyahısına daxil edilib.

Xuraman Etibarlı

İnterpress.az