Rusiya tankerini güclü külək Danimarka istiqamətinə SÜRÜKLƏDİbackend

Rusiya tankerini güclü külək Danimarka istiqamətinə SÜRÜKLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya nefti daşıyan tanker Baltik dənizində texniki nasazlıq səbəbindən dayanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Kieler Nachrichten” nəşri məlumat yayıb.

Baltik dənizində, Almaniyanın Rügen adası ilə Danimarkanın Mön adası arasında Rusiyaya məxsus neft daşıyan “Sled” tankeri texniki problemlə üzləşib.

Rusiya neftini daşıyan gəmi Primorsk limanından Danimarkanın Skagen limanına doğru hərəkət edirmiş.

Məlumata görə, Yunanıstanın gəmiçilik şirkətinə məxsus tanker bir gün əvvəl Kadetrinne boğazı yaxınlığında hərəkət qabiliyyətini itirib. Güclü şərq küləyi gəmini Danimarka istiqamətinə sürükləyib.

Almaniya hakimiyyəti əraziyə qəza yedək gəmisini göndərib, Danimarka hərbçiləri isə vəziyyəti nəzarətdə saxlayıblar.

Gəmi izləmə sistemlərinin məlumatına əsasən, tanker bu gün səhər saatlarında qərbə doğru hərəkətini bərpa etmiş ola bilər.

Vəziyyəti mürəkkəbləşdirən məqamlardan biri də yaxınlıqda Rusiya hərbi gəmilərinin olmasıdır.

Tankerin yaxınlığında Rusiya ticarət gəmilərini müşayiət edən “Aleksandr Şabalin” desant gəmisi də qeydə alınıb.

Xuraman Etibarlı

İnterpress.az