Özünü pis hiss edən tələbə dərsi zamanı ÖLDÜ – VİDEObackend

Özünü pis hiss edən tələbə dərsi zamanı ÖLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda tələbə idman dərsi zamanı öldü: özünü pis hiss etdiyini desə də, məşqə davam etməsi tələb olunub

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində birinci kurs tələbəsi bədən tərbiyəsi dərsi zamanı vəfat edib.

Məlumata görə, tələbə dərsi tamamlamaq üçün məşğələyə gəlib və fiziki yük zamanı özünü pis hiss etdiyini bildirib.

İddialara əsasən, müəllim ona məşğələyə davam etməyi tapşırıb. Bir müddət sonra gəncin ürəyi dayanıb.

Həkimlər onu həyata qaytarmağa çalışsalar da, tələbənin həyatını xilas etmək mümkün olmayıb.

Tələbəni reanimasiya etmək cəhdləri videoya düşüb.

Xuraman Etibarlı

İnterpress.az