Novosibirsk–Mahaçqala reysi Qazaxıstan səmasında qəza siqnalı verib.
İnterpress.az xəbər verir ki, bu barədə “Flightradar” uçuş izləmə xidmətinin məlumatlarına istinadən Rusiya mediası məlumat yayıb.
S7 aviaşirkətinə məxsus Novosibirsk–Mahaçqala marşrutu üzrə hərəkət edən 7099 saylı təyyarə Qazaxıstan üzərində uçarkən 7700 qəza siqnalı göndərib.
Uçuş izləmə xidmətinin məlumatına görə, təyyarə hazırda Omsk istiqamətində hərəkət edir.
Texniki nasazlıq səbəbindən S7 7099 Novosibirsk-Mahaçqala reysinin heyəti Omskdakı alternativ aerodroma eniş etmək qərarına gəlib.
Xuraman Etibarlı
İnterpress.az






