Cənubi Koreya nüvə enerjisi texnologiyası ixracını gücləndirirbackend

Cənubi Koreya nüvə enerjisi texnologiyası ixracını gücləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elektrik enerjisi istehsalında böyük ölçüdə kömür və mədən qaynaqlarından asılı olan Cənubi Koreya nüvə enerjisinə sərmayələrini artırır və digər ölkələrlə nüvə sazişlərini sürətləndirir.

İnterpress.az “Anadolu Ajansı”na istinadən bildirir ki, Asiyanın nüvə enerjisində lider ölkələrindən biri olan Cənubi Koreya 2030-cu ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı və 2050-ci ilə qədər karbon neytral olmağı hədəfləyir. Bu fonda texnoloji bilik və təcrübəsini ixrac etməyi milli siyasətə çevirən Cənubi Koreya oktyabrın sonunda Polşa ilə atom elektrik stansiyasının tikintisi üçün xoşməramlı müqavilə imzaladı. Başda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olmaqla bir çox ölkə ilə nüvə enerjisi ilə bağlı biliklərini paylaşmaq üçün müqavilə imzalayan Cənubi Koreya 2030-cu ilə qədər 10 nüvə reaktoru ixrac etməyi planlaşdırır.

Bununla yanaşı, Rusiyanın Misirdə inşa edəcəyi Əl-Dəbaa Atom Elektrik Stansiyası üçün avqust ayında əməkdaşlıq müqaviləsi imzalayan Cənubi Koreya 2,2 milyard dollarlıq müqavilə çərçivəsində müvafiq rus şirkətinə turbin avadanlıqları və tikinti xidmətləri verəcək. Ümumilikdə elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının 21,5 faizə çatdırılması, kömürün payının 21,2 faizə, təbii qazın payının 20,9 faizə endirilməsi hədəflər sırasındadır.