Cənubi Koreyanın KF-16 qırıcısı səhvən 8 MK-82 bombasını sınaq meydançasından kənara atıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Nəşr yazır ki, Poçeon şəhərində yaşayış məntəqəsinə bombalar düşüb, nəticədə 7 nəfər yaralanıb.
Dördünün vəziyyəti ağırdır. Həmçinin bir neçə yaşayış binasına və kilsəyə ziyan dəyib.
Poşeon Seuldan təxminən 40 kilometr aralıda, Şimali Koreya ilə sərhəddə yerləşir.
Partlayışların Cənubi Koreya və ABŞ-nin birgə təlimləri zamanı baş verdiyi ehtimal edilir.
Xuraman Etibarlı
İnterpress.az