Şahmat üzrə onuncu dünya çempionu Boris Spasski 89 yaşında vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Filatov məlumat verib.
“Böyük şəxsiyyət dünyasını dəyişdi, şahmatçı nəsillər onun oyunlarından və işindən dərs aldılar və öyrənməkdə davam edirlər. Ölkə üçün böyük itkidir. Ailəsinə və yaxınlarına başsağlığı veririk. Əbədi yaddaşımızdadır”, – Filatov deyib.
Spasski 1969-cu ildə dünya çempionu titulunu qazanıb. Moskvada keçirilən görüşdə o, Tiqran Petrosyana 12,5:10,5 hesabı ilə qalib gəlib.
1972-ci ildə Spasski Reykyavikdə amerikalı Robert Fişerə uduzaraq titulunu qoruya bilməyib.
Xuraman Etibarlı
İnterpress.az