Müğənni Katya Lel Rusiyanın əməkdar artisti adı alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Rusiya prezidenti Vladimir Putin müğənni Katya Lelə Rusiyanın əməkdar artisti adı verib.
Müğənni “Musi-Pusi”, “Moy Marmeladnıy” və “Doletay” mahnıları ilə tanınır.
Xuraman Etibarlı
İnterpress.az