İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın krallığın milli təhlükəsizliyini təhdid etmək ittihamlarını rədd edib.
İnterpress.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Bəqai Britaniya rəsmilərinin Tehranın Britaniyanın milli təhlükəsizliyini təhdid etməyə çalışması ilə bağlı ittihamlarını rədd edib.
O, ittihamları əsassız adlandırıb və İran və Qərbi Asiya regionuna qarşı qeyri-konstruktiv yanaşmalara son qoymağa çağırıb.
Xuraman Etibarlı
İnterpress.az