Priqojin Rusiyanın nüvə silahını ələ keçirməyə çalışırdı.
İnterpress.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı blogerə müsahibəsində bildirib.
Lukaşenko deyib ki, Priqojin 2023-cü ildə nüvə düyməsini ələ keçirməyə can atıb.
Aleksandr Lukaşenko “Vaqner” PMC-nin 2023-cü ildə Moskvaya doğru irəliləməsinin qarşısının alınmasındakı rolundan danışıb.
Belarus prezidenti bildirib ki, o, Yevgeni Priqojini “nüvə düyməsini” ələ keçirmək cəhdindən əl çəkib öz qüvvələrini yerləşdirməyə inandırıb, bununla da nüvə silahının mümkün ələ keçirilməsinin qarşısını alıb.
Lukaşenko deyib ki, o, Yevgeni Priqojinin üsyanını dayandırmağa kömək edən zaman CIA, MI6 və digər Qərb kəşfiyyat orqanları tərəfindən özəl olaraq təriflənib.
O, Moskvanın müdafiəsi üçün ən yaxşı xüsusi təyinatlıları göndərməyə hazır olduğunu da qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az