Xəstəxanadan 19 milyon manatdan çox pul oğurlayan baş həkim AXTARIŞA VERİLDİ – FOTObackend

Xəstəxanadan 19 milyon manatdan çox pul oğurlayan baş həkim AXTARIŞA VERİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəstəxanasının baş həkimi və həmkarları 19 milyon manat oğurlayıblar və federal axtarışa veriliblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sankt-Peterburqun 20 saylı xəstəxanasının baş həkimi və həmkarları tibb müəssisəsindən milyard rubl (təxm. 19 milyon man) oğurlayıblar və federal axtarışa veriliblər.

KİV-in məlumatına görə, 65 yaşlı Tatyana Surovtseva və onun əlaltıları mükəmməl bir plan hazırlayıblar.

Onlar “ölü canları” işə götürüblər, onlara böyük maaşlar və mükafatlar verilib. Uydurma işçilər heç nə almayıblar və xəstəxana rəhbərliyi inanılmaz məbləğləri öz aralarında bölüb.

Təqsirləndirilən şəxslər oğurlanan pulları zəngin həyat tərzi sürmək, dəbdəbəli daşınmaz əmlak almaq, ən yaxşı kurortlarda istirahət etmək və özlərininə heç nəyi əsirgəməmək üçün istifadə ediblər.

İstintaq Komitəsi hamını hədəfə alıb: baş həkimin təsərrüfat məsələləri üzrə müavini, baş mühasibi, hüquq şöbəsinin müdiri, kadrlar şöbəsinin müdiri.

Tabeliyində olanların kütləvi həbsləri zamanı Surovtsevanın özü də Türkiyədə olub. Onlar ona zəng etdikdə, keçmiş baş həkim ürəyində problem olduğunu bildirib və sonra əlaqəni kəsib.

Xuraman Etibarlı

İnterpress.az