Alimlər “mikro mamont” yaradıblar.
İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Elm adamları “mikro mamont” yaradıblar. Demək olar ki, adi bir siçanın 7 genini dəyişdiriblər və 4000 il əvvəl ölmüş mamont kimi tüklü, pırpız gəmirici əldə etdilər.
Onlar bununla dayanmamaq qərarına gəliblər. Növbəti dəfə Asiya filləri üzərində sınaqlar keçirməyi planlaşdırırlar ki, son nəticə mamontlara bənzəyən heyvanlar olsun.
Dodo quşunun və Tasmaniya canavarının yenidən yaradılması da planlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az