İtkin düşən memar donmuş halda TAPILDI – VİDEObackend

İtkin düşən memar donmuş halda TAPILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Memar Ece Gürel yoxa çıxdıqdan 4 gün sonra İstanbulun Belqrad meşəsində donmuş halda tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Martın 2-də İstanbuldakıi evindən Belqrad meşəsinə getdiyini deyən və o vaxtdan xəbər alına bilməyən 36 yaşlı Gürelin tapılması cəhdləri dördüncü gündə nəticə verib.

Meşədə axtarış əməliyyatı aparan 4 çevik polis və 12 qeyri-hökumət təşkilatı üzvü Gürəli saat 01:15-də yatarkən tapıb.

Gürelin yuxudan oyandığı və huşunun yerində olduğu məlum olub.

Əri Sezer Gürellə telefonla danışmağa icazə verilən qadın daha sonra təcili yardım maşını ilə aparılıb. Xəsarətləri yüngül olduğu müəyyən edilən Gürələ ehtiyat tədbiri olaraq tibbi yardım göstərilib.

Müjdəni alan Sezer Gürel sevincdən göz yaşlarına boğulub.

Xuraman Etibarlı

İnterpress.az