Üç dəfə asqıran adam ÖLÜMDƏN DÖNDÜ – FOTObackend

Üç dəfə asqıran adam ÖLÜMDƏN DÖNDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalının asqırmağı az qala həyatı bahasına başa gələcəkdi.

İnterpress.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb. Məlumata görə, ABŞ-də 35 yaşlı kişi ard-arda üç dəfə asqırıb və az qala insultdan öləcəkdi.

Asqırdıqdan sonra şiddətli başağrısı, başgicəllənmə və böyründə kəskin ağrı yaranıb.

Həkimlər müəyyən ediblər ki, ani hərəkət karotid arteriyanın daxili qişasının qopmasına səbəb olub. Nəticədə beyinə qan axınını dayandıran qan laxtasının əmələ gəlməsinə səbəb olub. Nəticə insult oldu.

Məlum olub ki, güclü asqırma fəqərə arteriyasının parçalanmasına səbəb olub və sonda insultla nəticələnib.

O, hələ də xəstəxanada reabilitasiya mərhələsindədir və asqırmaqdan qorxduğunu deyib.

Xuraman Etibarlı

İnterpress.az