İsrail ordusunun yeni Baş Qərargah rəisi vəzifəsinin icrasına başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Bildirilir ki, Eyal Zamir rəsmi olaraq İsrail ordusunun Baş Qərargah rəisi vəzifəsinin icrasına başlayıb.
Baş nazir Netanyahu və müdafiə naziri Katz da ona general-leytenant rütbəsi verib.
Xuraman Etibarlı
İnterpress.az