Çexiyada qocalar evində güclü yanğın olub, 54 nəfər xəsarət alıbbackend

Çexiyada qocalar evində güclü yanğın olub, 54 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyada qocalar evində güclü yanğın olub.

Hadisə paytaxt Praqanın Roztoki rayonunda alsqeymer xəstələrinin yerləşdirildiyi qocalar evində naməlum səbəbdən baş verib. Yanğın zamanı binadakı 56 xəstədən 54-ü xəsarət alıb.

Yaralılardan 2-nin səhhətinin ağır olduğu bildirilir. Qocalar evinin damından başlayan yanğın bütün binanı yararsız hala salıb.

“Axşam aldığımız xəbərdən sonra hadisə yerinə gəldik. Saat 20:30-da yanğınsöndürmə briqadası gələnə qədər 56 xəstəni binadan təxliyə etdik. Ümumilikdə 54 nəfər yaralanıb. İki nəfərin vəziyyəti ağır, bir nəfərin vəziyyəti orta-ağırdır. Yaşlılar təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara çatdırılıb”, – Praqanın Fövqəladə Hallar Xidmətinin sözçüsü Monika Novakova deyib.

Praqa Yanğınsöndürmə briqadasının sözçüsü Tereza Sikora Flieqerova isə bildirib ki, xəstələrin təxliyyəsi tamamlanıb, bina istifadəyə yararsızdır.