Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 7-də Serbiyaya rəsmi səfərə yola düşüb.
Bu barədə İnterpress.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində C.Bayramovun Serbiya xarici işlər naziri İvitsa Daçiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.