CHP sədri Özgür Özel: “AZƏRBAYCANLA YENİ BİR SƏHİFƏ AÇACAĞAM”backend

CHP sədri Özgür Özel: “AZƏRBAYCANLA YENİ BİR SƏHİFƏ AÇACAĞAM”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qardaş Türkiyənin ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında sədr seçkisi baş tutub.

Partiyanın başqanlığı uğrunda əsas iki nəfər Kamal Kılıçdaroğlu və Özgür Özel mübarizə aparıb.

Nəticədə Kamal Kılıçdaroğlu 536 səs, Özgür Özel isə 812 səs toplayaraq Cumhuriyyət Xalq Partiyasının (CHP)  yeni sədri seçilib. 

İnterpress.az-ın özəl məlumatına görə Özgür Özel Azərbaycanla bağlı da açıqlama verib. O bildirib ki, CHP sədri kimi Azərbaycanla bağlı yeni bir ağ səhifə açaraq, Keçmişdə yol verdikləri bəzi anlaşılmazlıqlar, çatışmazlıqlar və nöqsanları aradan qaldırmaq üçün nümayəndə heyəti ilə bərabər Azərbaycana səfər edəcək. Yeni sədrin sözlərinə görə CHP-nin Azərbaycanla münasibətləri bundan sonra da indi olduğu kimi yüksək səviyyədə davam etməlidir.

 

İnterpress.az