Tatarıstanda keçmiş sevgilisi 18 yaşlı qızı çiçək mağazasında qətlə yetirərək intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, 24 yaşlı Daniil münasibətləri bərpa etmək istəməyən 18 yaşlı Liliana ilə danışmaq üçün onun işlədiyi çiçək mağazasına gəlib. Lakin söhbət tezliklə mübahisəyə çevrilib.
Münaqişə zamanı gənc oğlan bıçaqla qızın boğaz nahiyəsinə xəsarət yetirib, daha sonra isə öz canına qəsd edib.
Hadisə şahidləri dərhal polis və təcili tibbi yardım çağırıblar. Hadisə yerinə gələn hüquq-mühafizə əməkdaşları iki cəsəd aşkarlayıblar.
Xuraman Etibarlı
İnterpress.az






