Çin dünyadakı vəziyyətdən asılı olmayaraq Rusiya ilə əməkdaşlığı dərinləşdirəcəkbackend

Çin dünyadakı vəziyyətdən asılı olmayaraq Rusiya ilə əməkdaşlığı dərinləşdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin və Rusiya beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq koordinasiya və əməkdaşlığı gücləndirmək niyyətindədirlər.

Bunu Rusiyanın Çindəki səfiri İqor Morqulovla görüşündə Çinin xarici işlər naziri Vanq Yi bildirib.

“Beynəlxalq mühitdə hansı dəyişikliklər baş verməsindən asılı olmayaraq, iki böyük qonşu olan Çin və Rusiya strateji qarşılıqlı etimadı və əməli əməkdaşlığı gücləndirəcək, öz aralarında hərtərəfli strateji tərəfdaşlıq və koordinasiyanı dərinləşdirəcək, beynəlxalq aləmdə qərəzsizliyi və ədaləti birgə müdafiə edəcəklər” -deyə, nazir əlavə edib.

O, həmçinin Morqulovun Rusiyanın Çinə səfiri təyin olunmasını alqışlayıb və Pekinin işində ona dəstək verəcəyini bildirib.