Çin Rusiyadan neft daşıyan tankerləri qəbul etməyib.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilir ki, Çin ABŞ-nin sanksiyalarına məruz qalan Rusiyadan neft daşıyan tankerləri qəbul etməkdən imtina edib.
İki milyon bareldən çox neft daşıyan Olia, Mermar və Huihai Pacific tankerləri cümə günü ABŞ sanksiyalarına məruz qalıb və Çinin şərq sahillərində ilişib qalıb. Şandunq əyalətində limanları idarə edən Shandong Port Group, sanksiya tətbiq edilmiş tankerlərin onları qəbul etməsinə qadağa qoyub.
Xuraman Etibarlı
İnterpress.az