Pekin İranın nüvə diplomatiyasını dəstəkləyir.
İnterpress.az xəbər verir ki, BRICS təhlükəsizlik sammiti çərçivəsində Çinin xarici işlər naziri Vanq Yi ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri Əhmədian arasında görüş keçirilib.
Ölkələr arasında ikitərəfli münasibətlərin uğurlu inkişafı, o cümlədən İranın nüvə proqramı müzakirə edilib.
Çinli nazir qeyd edib ki, Çin İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna hörmət edir və ölkənin bu məsələdə davam edən diplomatik səylərini yüksək qiymətləndirir.
Əhmədian vurğulayıb ki, İran “xarici müdaxilə, tariflərdən sui-istifadə və birtərəfli sanksiyalara qarşı” Çinlə əməkdaşlığa hazırdır.
Onun sözlərinə görə, Tehran nüvə silahı hazırlamaq niyyətində deyil və bərabər və hörmət əsasında danışıqlara hazırdır.
İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsi Omanın vasitəçiliyi ilə mayın 3-də Romada keçiriləcək.
Xuraman Etibarlı
İnterpress.az