Çində baş verən yanğın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıbbackend

Çində baş verən yanğın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin şimalındakı Şansi əyalətinin Lyulyan şəhərində kömür zavodunun binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

İnterpress.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Daha əvvəl 11 nəfərin öldüyü və 51 nəfərin yaralandığı barədə məlumat verilmişdi. Yanğın yerli vaxtla saat 06:50-də baş verib. Xilasetmə işləri davam edir. Yanğının başvermə səbəbləri araşdırılır.