Çində bir universitet kabab araşdırma mərkəzi açacaq.
İnterpress.az xəbər verir ki, bu barədə “South China Morning Post” yazır.
Onlar orada kulinariya üzrə müvafiq mütəxəssislər hazırlayacaqlar. Proqram 2,5 il üçün nəzərdə tutulub, sonra isə altı aylıq təcrübə keçəcək.
Nəşr iddia edir ki, tədqiqat mərkəzi “kabab bişirməyi yeni akademik səviyyəyə çatdırmaq” üçün nəzərdə tutulub.
Müəssisə hər il 50-dən 100-ə qədər tələbə qəbul etməyi planlaşdırır.
Xuraman Etibarlı
İnterpress.az