Çində insanabənzər robot sınaq zamanı mühəndisə hücum edib.
İnterpress.az xəbər verir ki, qeyri-adi hadisə videoya düşüb. Çində robot sınaq zamanı qəfildən mühəndislərə hücum etmək qərarına gəlib.
Qarmaqda asılı vəziyyətdə olan robotun qəfildən aktiv şəkildə qollarını yelləməyə başladığı və ondan qaçan mühəndisə yaxınlaşmağa çalışdığı görüntülər yayılıb.
Robot mühəndisin iş yerini dağıdıb, kompüterini sındırıb.
Sosial şəbəkə istifadəçiləri yazır ki, onlar “qəzəblənmiş” robotu elektrik enerjisindən ayıraraq dayandırmağa nail olublar.
Xuraman Etibarlı
İnterpress.az