Çinin peyk buraxmasından sonra Tayvanda hava hücumu xəbərdarlığı edilibbackend

Çinin peyk buraxmasından sonra Tayvanda hava hücumu xəbərdarlığı edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin “Einstein” astronomiya müşahidə peykini orbitə buraxdıqdan sonra Pekinlə suverenlik mübahisəsi olan Tayvan adasına hava hücumu xəbərdarlığı edilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Buraxılışdan sonra Tayvan Müdafiə Nazirliyi vətəndaşların mobil telefonlarına “Raket Tayvanın hava məkanına daxil olub” xəbərdarlığı göndərib.

Çin və ingilis dillərində göndərilən mesajda çin dilində “peyk” sözünün olduğu halda, ingilis dilində görünməməsi panikaya səbəb olub.

Nazirliyin daha sonra verdiyi açıqlamada Çin materikindən atılan raketin kosmosda Tayvan hava sahəsinin cənubundan keçdiyi və mesajın bölgəyə raket dağıntılarının düşmə ehtimalına qarşı xəbərdarlıq edildiyi bildirilib.

Bəyanatda anlaşılmazlığa görə üzr istəyiblər.

X-ray teleskoplarından ibarət “Eynşteyn” peyki Çinin Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən “Long March-2C” daşıyıcı raketi ilə orbitə buraxılıb.

Həftə sonu kritik liderlik və qanunvericilik şurası seçkiləri üçün sandıq başına getməyə hazırlaşan Tayvan, Çindən gələ biləcək hərbi təhlükəyə qarşı hazır vəziyyətdədir.

Müdafiə Nazirliyi raket xəbərdarlığına əlavə olaraq, gün ərzində adanın ətrafında 10 Çin döyüş təyyarəsi və 4 döyüş gəmisinin, həmçinin dünən 4 yüksəklikdə hava şarının göründüyünü bildirib.