COVID-19-a qarşı 100 faiz təsirli peyvənd yaradıla bilərmi?backend

COVID-19-a qarşı 100 faiz təsirli peyvənd yaradıla bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVID-19-a qarşı 100 faiz təsirli peyvəndin yaradılması qeyri-mümkündür.

İnterpress.az xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə “CoronaVac” peyvəndini hazırlayan Çinin “SinoVac” şirkətinin rəhbəri İ Veydun etiraf edib.

Onun sözlərinə görə, COVID-19 əleyhinə inaktiv peyvənd tədqiq edilən bütün növ vaksinlərdən ən təsirlisidir. Bununla belə, heç bir preparat infeksiyaya qarşı tam qorunma təmin edə bilməz.

Veydun kütləvi vaksinasiya üçün istifadə edilən bütün dərmanların 100 faiz təsirli olmadığını vurğulayıb. Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına görə, qoruma faktoru ən azı 50 faiz olduğu təqdirdə preparat istifadəyə yararlı sayılır.

O, sınaqların başa çatmasından sonra bu rəqəmin daha yüksək olacağına əminliyini vurğulayıb.

 

İnterpress.az