Dağıstanda turistlər qaya uçqununa düşüb.
Interpress.az xəbər verir ki, Dağıstanın Xunzax rayonuna gedən yolda baş verən qaya uçqunu nəticəsində bir qrup turist təhlükəli vəziyyətə düşüb. Hadisə dünən axşam saatlarında qeydə alınıb.
Məlumata görə, turistlər uçqun baş verən ərazidə dayanaraq mənzərəni izləmək istəyiblər. Elə bu zaman daşlar onların üzərinə yuvarlanmağa başlayıb.
Hazırda ərazidə avtomobil yolu açıqdır, lakin hələ də qaya parçalarının hərəkətdə olduğu bildirilir.
Hadisə yerində yol xidmətinin əməkdaşları növbə çəkir, yolu dərhal təmizləyir və vəziyyətə nəzarət edirlər.
Xuraman Etibarlı
Interpress.az