Latviya hökuməti ölkəyə girişi qadağan edilən rusiyalıların sayını artırıb.
İnterpress.az xəbər verir ki, ölkənin xarici işlər naziri Edqars Rinkeviç daha 34 rusiyalını qara siyahıya daxil etdiklərini açıqlayıb. Bu dəfə siyahıda müğənni-aktrisa Anna Semenoviç, ifaçı Oleq Qazmanov, aktyor Dmitri Dyujev və müğənni Larisa Dolina yer alıb.
“Latviya Kreml rejimini dəstəkləyən şəxslərin ölkəyə girişini qadağan etməkdə davam edir və bunu gələcəkdə də ardıcıl olaraq həyata keçirəcək” deyə, bəyanatda deyilir.
Xarici İşlər Nazirliyindən bildirilib ki, bu şəxslərin Latviyaya girişi qeyri-müəyyən müddətə qədər qadağandır.
Qeyd edək ki, Latviya hökuməti bundan əvvəl Rusiyanın Xalq artisti Filipp Kirkorov daxil olmaqla bir sıra şəxslərin ölkəyə girişinin qeyri-müəyyən müddətə qədər qadağan edildiyini açıqlamışdı.