Daha 8 nəfər gənc Ağstafa Rayon İcra Hakimiyyətində könüllü təlimlərini müvəfəqiyyətlə başa vurubbackend

Daha 8 nəfər gənc Ağstafa Rayon İcra Hakimiyyətində könüllü təlimlərini müvəfəqiyyətlə başa vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətində gənclərin iki aylıq könüllü təlimləri davam etdirilir.

Seymur Orucov növbəti təlimləri müvəfəqiyyətlə başa vurmuş səkkiz nəfər gənci müvafiq sertifikatlarla təltif edib. İcra başçısı qeyd edib ki, ölkəmizdə könüllülük hərəkatının inkişafı şəxsən dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarətindədir. Məqsəd isə hər bir sahədə gənclərin fəaliyyəti üçün yüksək şərait yaratmaq, onların təcrübi biliklərini, intellektual səviyyələrini, dünya görüşlərini daha da artırmaq, yaradıcı və innovativ potensiallarının üzə çıxarılmasıdır.
Müraciət etmiş daha beş nəfər gənc isə növbəti təlimlərə cəlb olunub.

 

İnterpress.az